
Sumqayıt şəhərində quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6000 manatını fiziki zor tətbiq edərək talayıb.
Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb.
Araşdırma aparılır.