
Ağdam Füzuli avtomobil yolunda baş verən qəzaya Ağdam təcili tibbi yardımın 7 briqadası cəlb edilib.
Gununsesi.info xəbər verir ki, yaralıların Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə çatdırılması üçün hazırda həkim briqadaları yoldadı.
***
İyulun 9-u saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində “Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Gununsesi.info -ya bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.