Ukrayna 20 ölkədə səfirlərini dəyişir

  • By Günel
  • 08 İyul 2025 23:17

Ukrayna hakimiyyəti 20-yə yaxın səfirini, o cümlədən ABŞ-dəki, həmçinin G7 və G20 ölkələrindəki səfirini dəyişdirmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Nazir Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarovanı “ən uğurlulardan biri” adlandırıb və səfirlik işçilərinin rotasiyasının “diplomatiya üçün yeni nəfəs” olduğunu vurğulayıb.

Gununsesi.info