
Son iki həftə ərzində 300 mindən çox əfqan İrandan deport edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, kütləvi qovulmalar İsraillə müharibədən sonra daha da intensivləşib.
Deportasiya olunan əfqanların bəziləri əsassız həbslərə və işgəncələrə məruz qaldıqlarını bildirirlər. Hətta bəziləri İranın xarici kəşfiyyat xidməti – Mossadla əməkdaşlıqda ittiham olunurlar.
İnsan hüquqları təşkilatları İran-Əfqanıstan sərhədində vəziyyətin acınacaqlı olduğunu bildirir. Bölgədə qida, su, dərman və sığınacaq çatışmazlığı müşahidə olunur. Sərt hava şəraiti isə vəziyyəti daha da ağırlaşdırır.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, təkcə bu ilin əvvəlindən indiyədək 900 mindən çox əfqan İrandan çıxmağa məcbur edilib. Humanitar təşkilatlar beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırırlar.
Şəbnəm