
Bir neçə gün əvvəl Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubov bu gün dövlət başçısının yanında görünüb.
Gununsesi.info xəbər verir ki, Prezidentin Xankəndi səfərində sabiq rəis onun yaxın ətrafında kameralara tuş gəlib.
Qeyd edək ki, Eyyubovun Prezident Katibliyinin rəisi təyin olunması ilə bağlı xəbər verilsə də bu, rəsmən təsdiq olunmayıb.
Bəylər Eyyubovun dövlət başçısı ilə birlikdə görünməsi, onun “vurulmasına” dair iddiaları alt-üst etmiş oldu.
Pərviz