
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 11-13-də KXDR-ə səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİNin rəsmisi mariya Zaxarova məlumat yayıb.
O bildirib ki, səfərin məqsədi xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində strateji dialoqun ikinci raundu çərçivəsində danışıqlar aparmaqdır.