
Ankara Respublika Prokurorluğunun Növbətçi Bürosu tərəfindən başladılan və Ankara Polis İdarəsi Asayiş Şöbəsi qrupları tərəfindən “Qəfəs” əməliyyatı təşkil edilib. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qadın profilləri tanışlıq tətbiqləri vasitəsilə kişilərlə əlaqə saxlayan şübhəlilər, zərərçəkmişləri xüsusi olaraq müəyyən edərək, öz restoranlarına aparıblar.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, “Qəfəs” adlı əməliyyatda 25 nəfər nəzarətə götürülüb.
Şübhəlilərin şikayətçiləri təhdid, hücum və təzyiqlərlə qorxutmaq üçün bu üsuldan istifadə etdikləri, pulları bəzən nağd, bəzən POS cihazları ilə, bəzən də birbaşa bank köçürmələri ilə yığdıqları, pul yığımlarından sonra zərərçəkmişlərin sosial mediada bloklandığı öyrənilib.
Sistemin peşəkar şəkildə təşkil olunduğu da müəyyən edilib. Qurbanlarla “yazıçı” adlanan şəxslər internet vasitəsilə əlaqə saxlayıblar.
“Serçekuş” kod adı olan qadınlar zərərçəkənləri məkanlara yönəldib.
Restoranlarda ofisiant, mühafizəçi və menecer vəzifələrində olan təşkilat üzvləri içəri girərək saxta hesabları təqdim edərək pulunu verməyən zərərçəkmişlərə fiziki təzyiq göstəriblər.
Təşkilat yığılan pulu öz aralarında bölüşdürüb.
Polis qrupları tərəfindən aparılan fiziki və texniki nəzarət tədbirləri nəticəsində ümumilikdə 30 hadisə aşkar edilib.
Bu hadisələrdə əli olduğu müəyyən edilən 25 şübhəli yaxalanarkən, əməliyyatlar nəticəsində 5 milyon lirə (212 min 426 AZN) nağd pul və 4 sənədsiz silah ələ keçirilib.
Nəzarətə alınan 25 şübhəli ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
Günel