Gədəbəydə iki avtomobil toqquşub: xəsarət alanlar var

  • By Günel
  • 08 İyul 2025 23:11

Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, rayonun Zəhmət kəndi ərazisində “Niva” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində 1961-ci il təvəllüdlü V.Həsənov, 1962-ci il təvəllüdlü Ə.Rzayev, X.Bayramova və 2000-ci il təvəllüdlü Ü.Hüseynov xəsarət alıb.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Hadisənin səbəbləri araşdırılır.

Gununsesi.info