MİQ-də dörd fənn üzrə apellyasiya müraciətləri başladı

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ingilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

 

Gununsesi.info