
Mingəçevir, Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonunda fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna işçi heyəti məlumat verib.
Bildirilib ki, eyni problem ölkənin digər şəhər və rayonlarında da mövcuddur.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə ünvanladığımız sorğuya hələ ki, cavab verilməyib.