Gəncədə 18 yaşlı gənc bıçaqlandı

08.07.2025-ci il tarixində saat 00:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Gununsesi.info-ya bildirilib ki, ona döş qəfəsinin ön nahiyəsinin və sağ baldırın deşilmiş yarası diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

Gəncə sakini bıçaqlanıb.

Gununsesi.infonun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü R.Xəlilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

 

Gununsesi.info