
2025-ci ilin sonuna qədər Avropa İttifaqından (Aİ) Ukraynaya ediləcək yardımın məbləği 30,6 milyard avro təşkil etməlidir.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Yanvar ayından Kiyev dövlət büdcəsinin artan kəsirini ödəmək üçün Aİ-dən ümumilikdə 10,5 milyard avro almağa nail olub.
Nazirlik izah edib ki, ilin ikinci yarısında Ukrayna hakimiyyəti avropalı tərəfdaşlarından daha 20,1 milyard avro maliyyə yardımı almağı gözləyir.