Fikrət Cəfərliyə cinayət işi açılıb

  • By Günel
  • 08 İyul 2025 22:33

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli təqsirləndirilən şəxs qismində tanınıb. İyulun 7-də Binəqədi rayon Məhkəməsindəki hakim Zamiq Bağırov belə qərar verib.

Gununsesi.info xəbər verir ki, məhkəmədə Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü Elvin Əliyevin F.Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Vəkil E.Əliyev məhkəməyə şikayətində F.Cəfərlinin ona böhtan atdığını, işgüzar nüfuzuna zərbə vurduğunu iddia edir. Bu üzdən, onun Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsiylə cəzalandırılmasını istəyir.

 

Gununsesi.info