
ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah göndərilməsini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, mediaya açıqlamasında bildirib.
Qeyd edək ki, D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında Ukraynaya “müdafiə üçün silahı” göndərilməsini təsdiqləiyib.
Onun mediaya açıqlamasındakı bu hissəni olduğu kimi təqdim edirik.
Jurnalist: Cənab prezident, siz dünən axşam dediyiniz kimi, Ukraynaya daha çox silah göndərilməsinə göstəriş vermisiniz. Ötən həftə isə Pentaqon Ukraynaya bəzi silah satışlarını dayandırıb. Siz bu dayandırmanı təsdiqləmisininizmi?
Donald Tramp: Biz müdafiə üçün silah göndərmək istəyirik, çünki Putin insanları təhqir edir. Çox adam öldürür. Buna görə də, biz Ukraynaya müdafiə üçün bəzi silahları göndəririk və mən bunu təsdiqləmişəm.