Husilər Yunan gəmilərini bir-bir batırır

  • By Admin2
  • 09 İyul 2025 14:17

Qırmızı dənizdə Eternity C yük gəmisinə hücum nəticəsində 3 dənizçi həlak olub, 2-si yaralanıb. İranın dəstəklədiyi husilər tərəfindən törədildiyi ehtimal edilən hücum beynəlxalq dəniz ticarəti üçün təhlükəsizlik narahatlıqlarını yenidən gündəmə gətirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yəməndəki husilər Liberiya bayrağı altında Yunanıstana məxsus yük gəmisini partlayıcılarla birlikdə Qırmızı dənizdə batırıb.

Husilərin Eternity C gəmisinə hücumu nəticəsində 3 dənizçi həlak olub, ikisi yaralanıb. 

Avropa Birliyinin dəniz gücü çərşənbə axşamı bildirib ki, beynəlxalq ticarətin arteriyası olan Qırmızı dənizdə bu cür hücumlara son qoyulmalıdır.

Hücum İranın dəstəklədiyi husilərin bazar günü Qırmızı dənizdə oxşar şəkildə başqa bir gəmiyə, Magic Seas-ə hücum edib batırmasından dərhal sonra baş verib. 

Magic Seas gəmisini ələ keçirən husilər gəmini batırarkən görüntülərini paylaşıblar.

Hədəf edilən yük gəmisi Eternity C Yunanıstana məxsusdur. Gəmidəki təhlükəsizlik qrupları hücum edənlərə cavab versə də, husiləri dəf edə bilməyib.

Gəmi bazar ertəsi gecə Süveyş kanalına doğru hərəkət edərkən kiçik qayıqlar və bomba daşıyan pilotsuz təyyarələr tərəfindən hədəfə alınıb.

Husilər hələ ki, hücuma görə məsuliyyəti üzərinə götürməsələr də, Yəmənin sürgündəki hökuməti, Avropa Birliyi qüvvələri və ABŞ Dövlət Departamenti Husilərin üzərinə məsuliyyəti yükləyib.

Dövlət Departamentinin sözçüsü Tammy Bruce, “Bu hücumlar İranın dəstəklədiyi husi üsyançılarının dəniz təhlükəsizliyi və regional iqtisadiyyat üçün yaratdığı davamlı təhlükəni vurğulayır” dedi.

Bruce açıqlamasında deyib: “ABŞ olaraq mövqeyimiz aydındır. Biz Husi terror hücumlarına qarşı ticarət gəmilərini və naviqasiya azadlığını qorumaq üçün lazımi addımları atmağa davam edəcəyik.

Orxan

Gununsesi.info