
ABŞ Ali Məhkəməsi prezident Donald Trampın federal işçilərin sayını azaltmaq planına yaşıl işıq yandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ali Məhkəməsi kritik dövlət xidmətlərinin itiriləcəyi və “yüz minlərlə federal işçinin işsiz qalacağı” xəbərdarlığına baxmayaraq, prezident Donald Trampın federal işçi qüvvəsini ixtisar etmək məqsədinə çatması üçün yolu təmizləyib.
Məhkəmə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbərlik etdiyi işçi qüvvəsinin azaldılması səylərini müvəqqəti dayandıran aşağı məhkəmə qərarlarının etibarsız olduğuna qərar verdi.
DOGE işçilərinin yoxlanılmasından sonra ABŞ-da on minlərlə federal işçi işdən çıxarıldı və ya məzuniyyətə getməyə məcbur edildi.
Bölgə hakimi Susan Illston may ayında qərar verdi ki, Trump administrasiyası federal işçi qüvvəsini əhəmiyyətli dərəcədə ixtisar etmək üçün “Konqresin təsdiqinə ehtiyac duyur”.
San-Fransisko Dairə Məhkəməsinin hakimi Uilyam Alsup da işdən çıxarılan federal işçilərə “dərhal işə qayıtmağı” əmr edib.
Orxan