
Moskva yaxınlığındakı Solneçnoqorskda müğənni Alla Puqaçovanın daçasının yaxınlığında yerləşən Senej gölünün sahil zolağı satışa çıxarılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Hərrac yolu ilə icarəyə veriləcək sahil zolağının başlanğıc qiyməti 100 milyon rubl təşkil edir.
Mənbələr qeyd ediblər ki, qanunlara görə, su anbarının heç bir hissəsi şəxsi mülkiyyətə aid ola bilməz. Hətta Puqaçovanın şəxsi estakadası olmasına baxmayaraq, bu əraziyə heç kim sahib ola bilməz. Lot üzrə 20 illik icarə müddəti də nəzərdə tutulub.
Müxtəlif iş adamları artıq sahilyanı əraziyə maraq göstərirlər. Onlardan biri, Puqaçovanın pəncərələri altında yaxta klubu və üzən kiçik bir hamam tikməyi planlaşdırır.
Bundan əvvəl, 2025-ci ilin aprelində Alla Puqaçovanın nəvəsi, aktyor və müğənni Nikita Presnyakov nənəsinin daçasını təmir etdirib. Puqaçovanın dəbdəbəli iqamətgahı 2022-ci ildən bəri satışa çıxarılıb, lakin indiyə qədər heç bir alıcı tapılmayıb. Əmlak əvvəlcə 3 milyon dollar və ya 152 milyon rubl qiymətinə təklif edilsə də, hələlik yeni sahibi tapılmayıb.