
Şair, Vətən müharibəsi iştirakçısı Həsən Kürün (Zeynallı) vəfatı ilə bağlı TƏBİB açıqlama yayıb.
Gununsesi.info xəbər verir ki, qurumdan bildirlib ki, iyulun 7-də saat 22:00 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs aqonal vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Mənşəyi bəlli olmayan profuz qanaxma diaqnozu təyin edilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22:30 radələrində ölüm faktı qeydə alınıb”, -deyə məlumatda bildirilib.