
Fransada yayımlanan “Touche pas à mon poste” proqramı ilə tanınan fenomen Soraya Riffi evinə girən oğruların hücumuna məruz qalıb. Gənc qadına təcavüz edən təcavüzkarların DNT-lərinin izlərini silmək üçün üzərinə ağartıcı tökdükləri müəyyən edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2016-cı ildə “Touche pas à mon poste” şousu ilə tanınan 30 yaşlı Soraya Riffi evinə girən oğruların hücumuna məruz qalıb.
Fransanın “Le Parisien” qəzetinin məlumatına görə, hadisə axşam saat 21:30 radələrində baş verib.
Qapını döyən və özünü “qonşu” kimi təqdim edən kişidən kömək istəyən Soraya Riffi qapını açdıqdan sonra içəriyə daha iki silahlı hücum edəndə dəhşətə gəlib.
Hücum edənlər Sorayanı döyüb, əl-ayağını bağlayıb, silahı boğazına tutub, pul verməsi üçün ona qutu kəsici ilə təxminən bir saat yarım işgəncə veriblər.
Sorayanın ifadəsinə görə, o, özünü xilas etmək istəyərkən hücum edənlərdən biri onun başına tapança dayayıb, ağzını yapışdırıb və o, boğularaq huşunu itirib.
Gözlərini açanda bədəninin ağartıcı ilə örtüldüyünü gördü.
Onun vəkili Tom Mişel hücum edənlərin DNT izlərini məhv etmək üçün bu üsuldan istifadə etdiyini bildirib.
Üzündə çoxsaylı sınıqlar və bədənində kəsiklər olan Sorayanın təcavüzə və ya cinsi təcavüzə məruz qaldığı güman edilir.
Hücum edənlər evdən qaçmadan əvvəl bir Cartier qolbağı, bir Rolex saatı, iki dəbdəbəli çanta, ev və avtomobilin açarlarını oğurlayıblar.
Vəkil hücum edənlərin Sorayanı tanıdığını və onun sosial mediada dəbdəbəli həyat tərzi sürdüyü üçün hədəfə çevrildiyini bildirib.
O, həmçinin hücumdan iki həftə əvvəl təhdid e-poçtları almağa başladığını və dəfələrlə hadisə barədə səlahiyyətlilərə məlumat verdiyini açıqlayıb.
Hadisədən sonra Soraya sosial media hesabında yaralı üzünün videosunu paylaşaraq “Çox iyrənc bir şey yaşadım. Bu gün başıma gələnlər dəhşətli idi” deyərək travmasını dilə gətirib. Polis silahlı soyğunçuluq, adam oğurluğu, ölümlə hədələmə və mütəşəkkil cinayətdə şübhəli bilinərək istintaqa başlayıb. Soraya Riffi 2016-cı ildə Fransada yayımlanan “Touche pas à mon poste” adlı televiziya proqramı ilə tanınıb. İnstaqramda bir milyon izləyicisi olan Riffy moda, idman, bədən pozitivliyi və özünə inam mövzusundakı məzmunu ilə tanınır.
Orxan