Ukrayna Kursk vilayətində çimərliyə zərbə endirdi

Ukrayna Silahlı Qüvvələri (AFU) Kursk vilayətində çimərliyə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Xinşteyn öz Telegram kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, zərbə nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.

O, qeyd edib ki, ölənlərin hər üçü kişidir və onlardan biri Rusiya Milli Qvardiyasının əməkdaşıdır. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

 

 

Şəbnəm

Gununsesi.info