MİQ-də nə qədər namizəd iştirak etdi?

  • By Günel
  • 08 İyul 2025 20:25

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin III gününə 14 434 namizəd dəvət olunub. Ümumilikdə III gün üzrə 81,7% davamiyyət qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 9 iyul saat 12:00-dan etibarən start veriləcək.

Gununsesi.info