ABŞ xarici ölkələrdə Müstəqillik Günü tədbirlərini ləğv edib

  • By Admin2
  • 04 İyul 2025 11:15

4 iyul Amerikanın Müstəqillik Günüdür.

Gununsesi.info xəbər verir ki, uzun illərdir, ABŞ müxtəlif ölkələrdə olan səfirlikləri bu günə özəl ziyafətlər təşkil edir.

Sözügedən ziyafətlərə həmin ölkələrin hökumət, parlament nümayəndələri, o cümlədən ictimai-siyasi sektorun və mətbuatın tanınmış simaları qatılır.

Ancaq 2025-ci ildə, deyəsən, bu ənənəyə son qoyulub.

Belə ki, Azərbaycanda daxil olmaqla, bir sıra ölkələrdə ABŞ səfirliyi Müstəqillik Günü tədbirlərini ləğv edib.

Gununsesi.info-nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, buna səbəb, son aular dünyada baş verən müharibələr və gərginliklərdir.

Afət

Gununsesi.info