Ermənistanda poliqonda partlayış baş verdi - Yaralılar var

  • By Günel
  • 08 İyul 2025 20:46

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.

Gununsesi.info erməni mediasına istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Zərərçəkənlərin sağlamlıq durumu ilə bağlı daha sonra məlumat veriləcək.

Gununsesi.info