“BakuBus” avtobuslarında hər gün təmizlik işləri görülür

Sərnişinlərin sağlamlıq və təhlükəsizliyinin təmin olunması “BakuBus” MMC-nin xidmət siyasətində əsas strateji istiqamətlərdən biridir. Bu məqsədlə, istismarda olan bütün avtobuslarda gündəlik əsasda genişmiqyaslı sanitar-profilaktik tədbirlər həyata keçirilir.

Gununsesi.info xəbər verir ki, marşrut üzrə hərəkətini başa vurmuş avtobuslar depoya qaytarıldıqdan sonra mütəmadi olaraq xüsusi yuyucu və dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə kompleks təmizləmə prosesindən keçir.

Bu proses zamanı sərnişinlərin tez-tez təmasda olduğu oturacaqlar, tutacaqlar, döşəmələr və digər səthlər peşəkar heyət tərəfindən gigiyenik şəkildə təmizlənir.

Təmizlənmə və texniki baxışdan keçdikdən sonra avtobuslar növbəti günün reyslərinə tam hazır vəziyyətdə buraxılır.Bu proses “BakuBus” tərəfindən müəyyən olunmuş daxili keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə icra olunur.

Qeyd edək ki, yüksək gigiyenik standartların qorunması ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır.

 

 

Gununsesi.info