Hava limanlarında 20 illik təcrübə başa çatıb

  • By Admin2
  • 09 İyul 2025 14:34

ABŞ Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) son 20 ildə bütün sərnişinlərin hava limanında təhlükəsizlik yoxlamaları zamanı ayaqqabılarını çıxarmaq tələbini qaldırdığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, TSA tərəfindən verilən kritik qərar, keçmiş TSA zabiti və ‘Travelwiththeharmony’ adı altında paylaşan bir TikTok istifadəçisi tərəfindən açıqlandı.

ABŞ-nin bütün hava limanlarına şamil ediləcək yeni tənzimləmə, TSA PreCheck proqramına daxil olub-olmamasından asılı olmayaraq, uyğun şəxsiyyət vəsiqəsi daşıyan bütün sərnişinlərə şamil ediləcək.

Express US-ə görə, texnoloji irəliləyişlər və təhlükə səviyyəsi risklərinin hərtərəfli yenidən qiymətləndirilməsi bu qərarda böyük rol oynayıb. Müasir skrininq texnologiyaları sayəsində sərnişinlər indi ayaqqabılarını çıxarmadan təhlükəsizlik təhdidlərinə görə yoxlana bilərlər.

Orxan

Gununsesi.info