
Hazırda həbsdə aclıq edən Qarabağ döyüşçüsü Hacı Vəliyevin səhhəti pisləşib.
Bu barədə Gununsesi.info-ya onun ailə üzvləri deyib.
Onların sözlərinə görə, Hacı 17 gündür ki, həbsxanada aclıq aksiyası keçirir.
“Dünən zəng edərək, vəziyyətinin ağırlaşdığını, mədə ağrılarının şiddətləndiyini bildirib”,- deyə onun yaxınları deyib.
Qeyd edək ki, Hacı Vəliyev xuliqanlıq ittihamı ilə 3 aydan artıq həbsdə saxlanılmasına etiraz edir.
O, həbsinin sifarişli olduğunu bildirib.
Günay