Bu gün həyatınızın ən qısa günü ola bilər!

  • By Admin2
  • 09 İyul 2025 10:01

Bu gün, 9 iyul 2025-ci il, Yerin fırlanma sürətinin artması səbəbindən tarixdə ən qısa gün ola bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, alimlər xəbərdarlıq ediblər ki, 9 iyul Çərşənbə günü Yer kürəsinin fırlanması sürətləndiyi üçün “həyatınızın ən qısa günü” ola bilər.

Son araşdırmalar 9 iyul, 22 iyul və 5 avqustda günlərin normadan 1,3-1,51 millisaniyə qısalacağını müəyyən edib.

Bu, son illərdə Yerin fırlanma sürətinin artması ilə əlaqədardır. Alimlər bu hadisəni 2020 və 2022-ci illərdə atom saatları ilə müşahidə ediblər.

Atom saatları atomların titrəyişlərini ölçərək vaxtı son dərəcə dəqiqliklə izləyən cihazlardır.

Yerin niyə sürətlə getdiyi hələ də dəqiq bilinməsə də, atmosferdəki dəyişikliklər, buzlaqların əriməsi, Yerin nüvəsindəki hərəkət və maqnit sahəsinin zəifləməsi kimi faktorların bu prosesə təsir edə biləcəyi düşünülür.

Normalda Yer bir tam fırlanmanı 24 saata – düz 86.400 saniyəyə tamamlayır. Buna “günəş günü” deyilir.

İndiyə qədər qeydə alınan ən qısa gün 5 iyul 2024-cü ildir. Həmin gün Yer kürəsi normaldan 1,66 millisaniyə tez fırlandı.

Belə millisaniyəlik fərqlər əhəmiyyətsiz görünsə də, araşdırmalar göstərdi ki, onlar peyk sistemlərindən tutmuş GPS dəqiqliyinə qədər bir sıra texnologiyalara təsir edə bilər. Hətta zamanın ölçülməsi də təsir edə bilər.

Reallıqda Yerin fırlanması heç vaxt mükəmməl olmur – bəzən bir neçə millisaniyə sürətlənir və ya yavaşlayır.

Lakin elm adamları bu kiçik dəyişiklikləri yalnız 1970-ci illərdə qeydə almağa başladılar.

London Universitetinin astrofiziki Graham Jones, ABŞ Dəniz Rəsədxanasının və beynəlxalq Yer Fırlanma Xidmətlərinin məlumatlarından istifadə edərək Yerin fırlanma sürətinin ən müasir təxminlərini yaratdı.

Bu məlumat günün uzunluğunu (LOD) və ya Yerin bir fırlanmasını tamamlaması üçün lazım olan vaxtı millisaniyəlik dəqiqliklə ölçür.

Orxan

Gununsesi.info