
ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Binyamin Netanyahu ilə növbəti şam yeməyində görüş keçirəcəyini açıqlayaraq, “Görüşümüzün mərkəzində Qəzza olacaq. Ümid edirik ki, bu həftənin sonuna qədər 60 günlük atəşkəs gətirəcək razılaşma əldə edəcəyik”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasının sonunda jurnalistlərə açıqlama verib.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə yenidən şam yeməyində görüşəcəyini açıqlayıb : “O, bu axşam yenə gələcək. Qəzza bizim görüşümüzün mərkəzində olacaq. O, mənim kimi bu problemi həll etmək istəyir. Qarşı tərəf də eyni mövqedədir. Bu faciəyə indi son qoyulmalıdır. Bu həftənin sonuna qədər 60 günlük atəşkəs gətirəcək razılaşma əldə etməyi ümid edirik”.
Tramp İsrailin üzləşdiyi təhlükəsizlik risklərini etiraf edib, lakin “daimi müharibə şəraitində sülhün mümkün olmayacağını” vurğulayıb.
ABŞ prezidenti, “Netanyahuya qarşı məhkəmə prosesi çox ədalətsiz idi. O, müharibə dövründə baş nazir idi və fövqəladə liderlik nümayiş etdirdi. Bu razılaşma təkcə İsrail və Fələstin üçün deyil, bütün Yaxın Şərq üçün yeni bir başlanğıc ola bilər” deyib.
İsraildəki daxili sınaqlara görə Netanyahunun “çox ədalətsiz şəkildə hədəf alındığını” deyən Tramp, həmçinin deyib: “Biz Netanyahu ilə dəfələrlə danışmışıq. Qəzzadakı vəziyyət insanlıq üçün faciədir. Bu qan axıdılması dayandırılmalıdır”.
Orxan