Ceyhun Bayramov diplomatik xidmət orqanlarını təbrik edib - FOTO

  • By Günel
  • 09 İyul 2025 08:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

“9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!”, – paylaşımda deyilir.