Sumqayıtda güclü partlayışın baş verdiyi binanın bir bloku söküldü - FOTO

  • By Günel
  • 08 İyul 2025 19:41

Sumqayıt şəhərində güclü partlayışın baş verdiyi yaşayış binasının bir bloku sökülüb.

Gununsesi.info xəbər verir ki, onun yerində yeni blokun tikilib-tikliməyəcəyi hələlik məlum deyil.

Söküntü işlərini “Azərkörpü” şirkəti həyata keçirib.

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Sumqayıt şəhəri, 13-cu mikrarayon ərazisində yerləşən 19-cu binada partlayıb baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Partlayışda ciddi zərər görən blokun söküntüsünə qərar verilib. Binanın sakinləri bir müddət öncə söküntüdən narazılıq edirdilər.