Məmməd Alpayın həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində “İştirak Evi” MMC-nin təsisçisi və direktoru Məmməd Alpayın (Məmmədzadə) barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı vəsatətə baxılıb.

Gununsesi.info  Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə vəsatət təmin edilib və onun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Gununsesi.info