
İstanbul bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan Büyükçekmece bələdiyyə sədrinin müavini Əhməd Şahin və sürücüsü Sonkan Turan məhkəmədə həbs edilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar “cinayət törətmək məqsədi ilə qurulan təşkilata üzv olmaq” və “rüşvət almaq” ittihamı ilə tutulublar.
Məlumata görə, İstanbul prokurorluğunda Büyükçekmece bələdiyyəsinə qarşı başladılan istintaq davam edir.