Zelenski Romaya getdi

  • By Admin2
  • 09 İyul 2025 15:04

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın paytaxtı Romaya səfər edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, İtaliyaya səfəri çərçivəsində Zelenski İtaliya Prezidenti Sercio Mattarella və Papa XIV Leo ilə görüşəcək.

Həmçinin Ukrayna liderinin ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla da görüşü planlaşdırılır.

Qeyd edək ki, Zelenskinin Romaya səfəri 9-10 iyulda İtaliyada keçiriləcək Ukraynanın bərpasında dair beynəlxalq konfransdır.

Gununsesi.info