“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasları dəstəkləyirik”

  • By Admin2
  • 09 İyul 2025 15:45

“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfi ilə, o cümlədən hüquq-mühafizə orqanlarının xətti ilə təmasları dəstəkləyirik”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz əminik ki, bütün ortaya çıxan məsələlər mövcud siyasi diplomatik kanallarla tərəfdaşlıq əsasında həll edilməlidir. Məhz bu yanaşma ölkələrimizin, xalqlarımızın köklü maraqlarına xidmət edir”, – Zaxarova qeyd edib.

 

Gununsesi.info