Tramp dünya çempionatının finalında iştirak edəcək

  • By Günel
  • 09 İyul 2025 08:12

ABŞ Prezidenti Donald Tramp klublararası dünya çempionatının finalında iştirak edəcək.

Gununsesi.info ESPN-ə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.

FİFA rəhbəri bildirib: “Biz Ağ Evin işçi qrupu vasitəsi ilə klublararası dünya çempionatı və DÇ-2026 ilə bağlı hökumətdən və prezidentdən böyük dəstək aldıq”.

Qeyd edək ki, klublararası dünya çempionatının finalı iyulun 13-də ABŞ-nin Şərqi Ruterford şəhərində keçiriləcək.

Gununsesi.info