
Binəqədi Rayon Məhkəməsində “Benefisiar” Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan rəhbəri Bəşir Süleymanlının barəsində olan həbs qətimkan tədbirinin müddətinin artırılması barədə istintaq orqanının vəsatətinə baxılıb.
Gununsesi.info Oxu.az-a istinadən xəbər ki, prosesdə vəsatət təmin edilib və onun həbs müddəti 3 ay uzadılıb.
Xatırladaq ki, B.Süleymanlı bu ilin mart ayında saxlanılıb və barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.