
Həddindən artıq istilər Avropada meşə yanğınlarına səbəb olur, İspaniya, Fransa və Şimali Makedoniya yanğınlarla mübarizə aparır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, isti dalğanın təsiri altında olan Avropanın bir çox yerində meşə yanğınları başlayıb.
Həddindən artıq istilər İspaniyanın Kataloniya bölgəsində milli parkda baş verən meşə yanğını alovlarını gücləndirib.
Alovlar son 24 saat ərzində təqribən 8 min hektar ərazini külə çevirib.
Ən çox zərər çəkmiş ərazilər Kataloniyanın Tarraqona əyalətinin iki kəndi olub.
Güclü külək nəticəsində alov daha da yayılıb.
Rayon sakinlərinə evlərini tərk etməmək tapşırılıb.
Kataloniya hökuməti İspaniya ordusunun sürətli müdaxilə qüvvəsi olan Hərbi Fövqəladə Hallara Müdaxilə Birliyindən kömək istəyib.
Orxan