Türkiyədə vəfat edən bəstəkar Bakıda dəfn edildi

  • By Günel
  • 08 İyul 2025 19:22

Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi, bəstəkar Ruslan Əhmədoğlu bugün Pirşağı qəbiristanlığında torpağa tapşırılıb.

Gununsesi.info xəbər verir ki, mərhumla vida mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də bir çox tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Mərhumun anası onunla son vidalaşma zamanı göz yaşları ilə bu sözləri deyib:

“Atanı çox istəyirdin… Get, atana qovuş. Adam istirahətdən xoş qayıdar… Bu şərəfli adın, zəhmətsevərliyin, insanlara əl tutmağın, yardımsevərliyin hamısı sənə yaraşırdı.”

Xatırladaq ki, Ruslan Əhmədoğlu ailəsi ilə birlikdə Türkiyəyə istirahətə yollanmışdı. Lakin dənizdə olarkən ayağında qıcolma keçirib, ciyərlərinə duzlu su dolduğu üçün komaya düşüb. Xəstəxanaya aparılmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhumun keçmişdəki fəaliyyətləri və insanların həyatında göstərdiyi müsbət təsiri bir çoxları tərəfindən böyük ehtiramla yad olunur.

Gununsesi.info