Ötən il SOCAR-da iştirak paylarının satış məzənnə fərqləri 7 dəfə artıb

  • By Günel
  • 08 İyul 2025 19:37

Dövlət Neft Şirkətində (SOCAR) 2024-cü ildə asılı müəssisənin və birgə müəssisənin mərhələli satın alınması və 2023-cü ildə HPBS-də və asılı müəssisədə iştirak paylarının satışı üzrə məcmu məzənnə fərqlərinin yenidən təsnif edilməsi nəticəsində 1 milyon 473 min manatlıq zərər qeydə alınıb. 2023-cü ilin göstəricisi (204 milyon manat) ilə mqayisədə müvafiq zərər bir il ərzində 7 dəfə artıb.

Gununsesi.info SOCAR-ın maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin pul vəsaitinin hərəkəti hedcinqlərindən yaranan xalis zərər də artıb. 2023-cü ildə 49 milyon manat olan bu göstərici 2024-cü ildə 84 milyon manata yüksəlib. Bu isə 71.4% artım deməkdir.

Gununsesi.info