Ailəsi ilə istirahətə gedən uşaq hovuzda boğularaq öldü

  • By Günel
  • 10 İyul 2025 09:34

Qəbələdə 4 yaşlı uşaq hovuzda boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü qız kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info