Zurabişvili yerli seçkilərdə iştirakdan imtina etdi

  • By Günel
  • 09 İyul 2025 20:36

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili yerli seçkilərlə bağlı mövqeyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, o, keçirdiyi brifinqdə nə seçkilərdə iştirakı, nə də onların boykot edilməsini dəstəklədiyini bildirib.

Eks-prezident yerli seçkilərin baş tutmayacağına əmin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu birlik və etirazdır.

S.Zurabişvili deyib ki, müqavimət platforması gücləndirilməli və keçid hökuməti formalaşdırılmalıdır.

Qeyd edək ki, Gürcüstanın bəzi müxalif birlikləri S.Zurabişvilinin Tbilisi meri vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış etmişdi.

Xatırladaq ki, Gürcüstanda yerli seçkilər bu ilin oktyabrın 4-də keçiriləcək. Seçicilər 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər.

Gununsesi.info