ABŞ-də daşqınların sayı getdikcə ağırlaşır

  • By Admin2
  • 10 İyul 2025 09:38

Texasda ötən həftə baş verən daşqınlar nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.İtkin düşən 172 nəfərin axtarışları davam edir. Nyu-Meksikoda da daşqınlar nəticəsində 3 nəfər itkin düşüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iyulun 4-də baş verən daşqın zamanı Texasdakı Qvadalupe çayı dəqiqələr ərzində təxminən 8 metr qalxıb, çay kənarındakı yay düşərgəsində 30-u uşaq olmaqla 57 nəfər həlak olub.

İtkin düşən 172 nəfərin axtarışları davam edərkən, hazırda 120 nəfər olan ölü sayının artacağı gözlənilir. Yerli sakinlər fövqəladə hallar xidmətlərini heç bir xəbərdarlıq almadıqlarına görə tənqid edirlər.

Digər ətraf qəsəbə və kəndlərdən fərqli olaraq Kerr bölgəsində fövqəladə sirenlərin olmadığı və bu səbəbdən telefonun əhatə dairəsindən kənarda olan düşərgə ərazisində itkilərin artdığı bildirilib.ABŞ-da daşqınların qurbanları getdikcə ağırlaşır - 3