
Rusiyanın Kiyevə “şahed” dronları ilə zərbə endirməsi nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, paytaxtın meri Vitali Kliçko 9 yaralının xəstəxanaya yerləşdirildiyini, 3 nəfərə yerində yardım göstərildiyini bildirib.
“Təəssüf ki, iki nəfər ölüb. Bu dəhşətli itkidir. Yaxınlarına və doğmalarına başsağlığı verirəm”, – Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.
O, hücumdan sonra şəhərdə çoxlu yanğınların baş verdiyini əlavə edib.
Bildirilir ki, paytaxtla yanaşı Kiyev vilayətinin 4 rayonu da zərər çəkib. Vilayətin Obuxov rayonunda yaralanmış 51 yaşlı kişi xəstəxanaya yerləşdirilib.