UEFA-dan Babək Quliyevə təyinat

  • By Günel
  • 09 İyul 2025 21:16

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quliyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.

Gununsesi.info