Orban fon der Leyeni korrupsiyada ittiham edir

  • By Admin2
  • 10 İyul 2025 10:01

Macarıstanın baş naziri Orban AB Komissiyasının sədri fon der Leyeni “korrupsiya”da ittiham edərək, “Biz hamımız bilirik ki, korrupsiya aysberqin görünən hissəsidir” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyeni “korrupsiya”da ittiham edib və onun indi vəzifəsindən istefa verməli olduğunu müdafiə edib.

Orban sosial media platforması X hesabında ona qarşı verilən etimadsızlıq səbəbiylə sabah Avropa Parlamentində (AP) fon der Leyen üçün keçiriləcək səsvermə ilə bağlı açıqlama verib.

Sabah Avropa Parlamentində təlatümlü bir gün olacağını bildirən Orban, “Səsvermə prezidentin ətrafında yığılan korrupsiya qalmaqallarına görə planlaşdırıldı, amma hamımız bilirik ki, korrupsiya aysberqin görünən hissəsidir”.

Bunun Avropanın gələcəyi ilə bağlı olduğunu vurğulayan Orban, fon der Leyenin rəhbərlik etdiyi Komissiyanın “balans hesabatı” ilə bağlı bu açıqlamaları verib:

“Avropanın rəqabət qabiliyyəti bərbad vəziyyətdədir, Avropada enerji qiymətləri damdan çıxıb, qeyri-qanuni immiqrasiya nəzarətdən çıxıb, gender ideologiyası məcburidir, Ukraynada müharibə qırğındır, avropalı cütlüklər uçurumdadır, ağılsız yaşıl ideologiya zirvədədir”.

Liderliyin məsuliyyət tələb etdiyini vurğulayan Orban, “Sabah qərar anı yaxınlaşır. Bir tərəfdə Brüsselin imperiya elitası, digər tərəfdən vətənpərvərlər və sağlam düşüncə. Qaçış yoxdur, seçim etmək lazımdır” şərhini verib.

X hesabından başqa bir yazıda Orban fon der Leyenin fotosu və “Getməyin vaxtı gəldi” sözləri olan bir şəkil paylaşdı.

Orxan

Gununsesi.info