Partiya nümayəndələri sürət qatarı ilə Ağdama getdilər

  • By Günel
  • 10 İyul 2025 08:23

Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, millət vəkilləri, politoloq və siyasi şərhçilər, media nümayəndələri Ağdama səfər ediblər.

Gununsesi.info xəbər verir ki, sürət qatarı ilə yola düşən səfər iştirakçıları Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiya nümayəndələrinin ilk Ağdam səfəri 2021-ci il martın 17-də baş tutub. Bu sayca səkkizinci səfərdir.

Gununsesi.info