
Azərbaycan təmsilçisi Maqsud Tahirli Bolqarıstanda keçirilən 12-ci Sofiya Suya Tullanma Kubokunda daha bir nailiyyətə imza atıb.
Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ikinci yarış günündə D qrupunda mübarizə aparan yeniyetmələrdən ibarət milli komanda üzvü 3 metrlik tramplindən tullanışda bütün rəqiblərini üstələyib.
Nəticədə o, ikinci qızıl medal qazanıb.
Qeyd edək ki, yarışda 11 ölkənin 160-dan çox yeniyetmə idmançısı iştirak edir.
