
Cənubi Koreyada 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan edildikdən sonra devrilmiş və həbs edilmiş keçmiş prezident Yoon Suk Yeol üçün ikinci həbs orderi verilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yonhap-ın məlumatına görə, Seul Mərkəzi Dairə Məhkəməsi 3 dekabr 2024-cü ildə hərbi vəziyyətin elan edilməsi ilə bağlı xüsusi istintaqın bir hissəsi olaraq Yoon üçün tələb edilən həbs qərarını müzakirə edən dinləmədən sonra yekun qərarını verib.
Məhkəmə xüsusi prokuror Ço Eun-Sukun tələb etdiyi həbs qərarının verilməsini təsdiqləyib.
Bu, yanvarın 19-da “iğtişaşa rəhbərlik etmək” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamlarından sonra hərbi vəziyyətin elan edilməsi ilə bağlı xüsusi istintaqla bağlı beş ayrı ittihamla üzləşən Yoon üçün verilən ikinci həbs qərarıdır.
Orxan