Husilər “Eternity C” gəmisinin tamamilə batdığını elan ediblər

  • By Admin2
  • 10 İyul 2025 09:45

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını davam etdirir. Husilər İsrailin Eylat limanına gedərkən hədəfə aldıqları Eternity C adlı gəminin tamamilə batdığını elan ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Liberiya bayraqlı “Eternity C” gəmisinin husilərin hücumundan sonra batdığı bildirilir.

Husi ordusunun sözçüsü Yəhya Seri video açıqlamada, “İşğal altındakı Fələstinin Umm əl-Reşraş limanına (Eilat) doğru hərəkət edən gəmi (Eternity C) pilotsuz qayıq və ballistik raketlə hədəf alındı” deyib.