
Ağdaş rayonunda 22 yaşlı oğlan atasını bıçaqlayıb.
Gununsesi.info xəbər verir ki, hadisə Ağdaş şəhəri, Vaqif küçəsi, ev 44-də baş verib. Həmin ünvanda yaşayan, anadangəlmə nitq qüsurlu Həmid Elyazov (ad və soyad şərtidir) atasından pul istəyib. Atası ona 12 manat versə də, Həmid ondan daha artıq pul istəyib. Atası isə onu otaqdan qovub, əvəzində qızına bir manat verib.
Prosesdən əsəbiləşən Həmid mətbəxdən bıçağı götürərək atasını qorxudub, ondan daha çox pul tələb edib. Atası ikinci dəfə Həmidi otaqdan qovmaq istəyərkən o, əlindəki bıçaqla atasına hücum edib və ona 3 zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və H.Elyazov saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə H.Elyazovu hadisəni törədərkən anlaqsız vəziyyətdə olması qərarına gəlib və onu cəzadan azad edib. H.Elyazov məcburi müalicəyə göndərilib.